Welcome to Gavali for Nuts & Delights

Xidmət Şərtləri

      Gavali online sifariş saytından istifadə etməklə, siz İstifadəçilər üçün bu Xidmət Şərtləri ilə razılaşmış olursunuz (“Xidmət Şərtləri”).

      Xahiş edirik, Gavali online sifariş saytından istifadə etməzdən əvvəl aşağıdakı Xidmət Şərtlərini diqqətlə oxuyun. Əgər Xidmət Şərtləri ilə razı deyilsinizsə, Gavali online sifariş saytından istifadə etməməyinizi xahiş edirik. Bu Xidmət Şərtləri Gavali online sifariş saytından hər hansı bir istifadəyə və bunun əsasında bağlanmış Alqı-satqı müqavilələrinə şamil edilir.

      İstehlakçıların tətbiq olunan qanunvericiliklə müəyyən edilmiş ləğvetmə hüquqları Gavali tərəfindən məhdudlaşdırıla bilər. Aşağıdakılar daxil olmaqla, bəzi məhsullar istehlakçıların ləğvetmə və qaytarma hüququndan qanunla istisna edilə bilər:
·       Təbiətinə görə yenidən satışa çıxarılması mümkün olmayan və ya tez bir zamanda korlanan və ya köhnələn digər məhsullar
·       Təbiətinə görə təhvil alındıqdan sonra digər məhsullardan ayrılmaz hala gələn məhsullar
·       İstifadəçi spesifikasiyalarına və təlimatlarına uyğun olaraq fərdi sifarişlə hazırlanmış və ya istehsal edilmiş məhsullar.

      Bu o deməkdir ki, Siz öz ləğvetmə hüququnuza istinad edərək, məsələn, qida məhsullarını satın alındıqdan sonra geri qaytara bilməyəcəksiniz. Bu cür Pərakəndə Məhsullar üzrə Sifarişinizi onu verdikdən sonra geri ala, ləğv edə və ya dəyişdirə bilməyəcksiniz. Sifariş verməzdən əvvəl seçiminizi diqqətlə nəzərdən keçirin.

      Gavali online sifariş saytından istifadə etmək üçün İstifadəçi Gavali saytında qeydiyyat qaydalarına əməl edərək istifadəçi hesabı yaratmalıdır. Hesabı qeydiyyatdan keçirmək üçün Istifadəçi adı və şifrənizi yaratmağı və adınızı, ünvanınızı, e-poçt nömrənizi və ən azı bir etibarlı ödəmə üsulu kimi müəyyən şəxsi məlumatları təqdim etməyinizi tələb edir. Hesabınızdakı dəqiq, tam və yenilənmiş məlumatları saxlamağa razılıq verirsiniz. Şəxsi məlumatlarınızın necə emal edildiyinə dair əlavə məlumat üçün Gavali-in Məxfilik Bəyannaməsinə baxmağınızı xahiş edirik. Gavali online sifariş sayıtının məlumatları şəxsidir. İstifadəçi hər hansı bir istifadəçi hesabı məlumatlarının və İstifadəçinin və ya Müştəri Təşkilatının istifadəçi hesabına daxil olmaq üçün tələb olunan ekvivalent məlumatların konfidensial saxlanmasını və üçüncü tərəflərin əldə edə bilməyəcəyi təhlükəsiz bir şəkildə istifadə edilməsini təmin etməlidir. İstifadəçinin yalnız bir şəxsi istifadəçi hesabı ola bilər. Hesabınızı silmək istəyirsinizsə, yuxarıdakı əlaqə məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlayın.

      Hər hansı səlahiyyətsiz şəxsin İstifadəçinin istifadəçi hesabı məlumatlarından xəbərdar olduğundan və ya İstifadəçinin istifadəçi hesabına daxil olmasından şübhələnildiyi təqdirdə, İstifadəçi bu barədə dərhal Gavali - ya məlumat verməlidir. İstifadəçi Gavali online sifariş saytından hər hansı istifadə üçün və İstifadəçinin istifadəçi hesabındakı hər hansı fəaliyyəti üçün cavabdehdir.

      Gavali online sifariş saytından istifadə etmək üçün siz etibarlı kredit kartı və ya digər ödəniş vasitəsi məlumatlarını Gavali-ya təqdim etməlisiniz. Gavali, ödəniş vasitənizin məlumatlarını yaddaşda saxlamır, çünki bu Gavali tərəfindən istifadə edilən üçüncü tərəf olan ödəniş xidməti təminatçısı tərəfindən yerinə yetirilir. Siz Müştəri Təşkilatının hesabına Gavali-da İş Funksiyası vasitəsilə edilən alışlar istisna olmaqla, Gavali online sifariş saytından istifadə etməyinizlə əlaqədar bütün alqı-satqılar üzrə ödəniş etməyə razılaşırsınız. Siz istifadəçi hesabınıza təqdim etdiyiniz kredit kartı və digər ödəniş məlumatlarını yenilənmiş şəkildə saxlamalısınız.

Copyright © 2024 Gavali. All rights are reserved